Salyanda şəhidin adına inşa edilən bulaq istifadəyə verilmişdir.
08 oktyabr 2021 | 16:00
Salyan rayonu Çadırlı kəndində Vətən Müharibəsində şəhid olmuş MAXE İbrahimov Təbriz İsmayıl oğlunun ad günündə əziz xatirəsinə tikilmiş bulağın açılışı olmuşdur. Xatirə bulağının açılışında rayon rəsmiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştiarak etmişlər. Açılış mərasimində çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açmışlar. Sonda şəhidin məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxumuşlar. Qeyd edək ki, Təbriz İbrahimov 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində dünyaya göz açmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!