Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda narkomanlığa qarşı mübarizə tədbirləri müzakirə olunmuşdur.

07 oktyabr 2021 | 16:00

 07 oktyabr 2021-ci il tarixində Salyan rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun xüsusi təqdimatları ilə narkomanlıq probleminə dair təlim və treninq keçirilmişdir. Treninqdə İşçi qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri,  rayon ümumitəhsil məktəblərinin 25 nəfərdən ibarət təlim-tərbiyyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri və məktəb psixoloqları iştirak etmişlər. Aidiyyəti qurumların mütəxəssislərinin xüsusi təqdimatları ilə keçirilən treninqdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmış və onlara zəruri təbliğat materialları (eyni zamanda, elektron informasiya daşıyıcısında) paylanılmışdır. Sonda treninqlərdə iştirak edənlərə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar təqdim edilmişdir. 

 

Keçidlər