Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda Vətən müharibəsi şəhidinin xatirəsi anılıb.

05 oktyabr 2021 | 16:00

Vətən müharibəsində şəhid olmuş gizir Əmrah Firavan oğlu Həmidovun ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla anılmış, ruhlarına dualar oxunmuş, onların döyüş yolu barədə söhbət açılmış və valideyinlərinə başsağlığı verilmişdir.  Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam etmişdir. Mərasimdə şəhidlərimizin hər bir gənc üçün örnək olan ömür yolarından, Vətən müharibəsindəki hərbi əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıqlardan, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açılmış, ölümlərindən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini, hər bir şəhid ailəsinin, qazinin ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğlarını diqqətə çatdırmışlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə  şəhid Əmrah Həmidov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Keçidlər