Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “5 oktyabr–Beynəlxalq müəllimlər günü” münasibətilə tədbir keçirilmişdir.

05 oktyabr 2021 | 16:00

   05 oktyabr 2021-ci il tarixində Salyan rayon İcra hakimiyyətində “5 oktyabr–Beynəlxalq müəllimlər günü” münasibətilə tədbir keçirilmişdir. Pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayon prokuroru Firdovsi Nemətli, məktəb direktorları, Vətən müharibəsində iştirak etmiş müəllimlər və qabaqcıl pedaqoqlar iştirak etmişdir. Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov əlamətdar gün münasibətilə müəllimləri təbrik etmiş, onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulamış və Ümummilli lider Heydər Əliyevin müəllim peşəsinə verdiyi dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan danışmışdır.Tədbirdə çıxış edənlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyasından, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan dövlət təhsil siyasətindən, bu sahədə əldə olunan uğurlardan danışmışlar. Tədbirin sonunda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətlərinə görə rayonun bir qrup təhsil işçisi qiymətli hədiyyələrlə təltif olunmuşlar. 

Keçidlər