Vətən müharibəsində şəhid olmuş Əli Tağıyevin ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
03 oktyabr 2021 | 16:00
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Anım mərasimi şəhidin doğulub boya-başa çatdığı ata ocağında davam edib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Əli Tağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!