Vətən müharibəsində şəhid olmuş Maxe Ramin Cavadovun ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
02 oktyabr 2021 | 16:00
Vətən müharibəsində şəhid olmuş Maxe Ramin Emin oğlu Cavadovun ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Ramin Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!