Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Salyan rayonunda da ehtiramla yad olunmuşdur
Salyan rayonunda “27 Sentyabr - Anım Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəzail Ağamalı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, həbçilər, ziyalılar, ağsaqqallar, din xadimləri və ictimaiyyət nümayəndələri iştiarak etmişlər.
Ilk olaraq rayon ərazisində şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilmişdir. 27 Sentyabr - Anım Günü ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında 800-ə yaxın ağac əkilmişdir. Daha sonra Anım tədbiri “Şəhidlər” abidə kompleksi və Şəhidlər xiyabanında davam etmişdir. Anım tədbirinin iştirakçıları “Şəhidlər” abidə kompleksini, Şəhidlər xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər. Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmışdır. Mərasimdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fəzail Ağamalı, şəhid atası Rövşən Mehdiyev, şəhid anası Xoşgül Axundova, şəhid atası Valeh Mehdiyev, şəhidin həyat yoldaşı Zəhra Əhmədova, “Vətən müharibəsi qəhrəmanı”, polkovnik-leytenant Səfər Qurbanov çıxış edərək Şanlı Azərbaycan ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiklərini diqqətə çatdırmışlar. Anım mərasimi məktəblilərin ifasında kompasiziya ilə davam etdirilmişdir.
Mərasim iştirakçıları Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Salyan rayonu Xocalı kənd sakini Məmməov Elmir Arzu oğlunun şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmiş, məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Salyan rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.