Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan şəhərində 119 mənzildən ibarət 9 yaşayış binası qazlaşdırılmışdır

16 sentyabr 2021 | 16:00

    Azəriqaz" İstehsalat Birliyi tərəfindən paytaxtla yanaşı, bölgələrdə də yeni yaşayış massivlərinin, kəndlərin, qəsəbələrin təbii qazla təmin edilməsi istiqamətində tədbirlər sürətlə davam etdirilir. Bu məqsədlə, 16 sentyabr 2021-ci ildə Salyan şəhər 20 Yanvar küçəsində yerləşən 9 yaşayış binasına təbii qaz verilmiş, 102 abonent mavi yanacaqla təmin edilmişdir. 119 mənzildən ibarət 9 yaşayış binasının qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumilikdə, 2882 metr uzunluğunda müxtəlif diametrli borular vasitəsilə qaz xətti çəkilmiş, hər bir mənzilə sonradan ödənişli sayğac quraşdırılmışdır.

     Karantin qaydaları gözlənilməklə keçirilən tədbirdə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, "Azəriqaz" İstehsalat Birliyinin digər rəhbər şəxsləri, Birlik yanında yaradılan "İctimai Şura"nın sədr və sədr müavini, ziyalılar və sakinlər iştirak etmişlər. Tədbirdə çıxış edən sakinlər yaşayış sahəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

    Sonra "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun iştirakı ilə rayonun Bəşirbəyli kəndində "Açıq mikrofon" aksiyası təşkil olunmuşdur. "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edən sakinlər və sahibkarlar təbii qazla bağlı öz problem və təkliflərini səsləndirmiş, onların bəziləri yerindəcə öz həllini tapmış, digərləri isə nəzarətə götürülmüşdür.

Keçidlər