10.08.2022-ci il tarixində rayon icra başçısı Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə sakinləri fərdi qəbul edib.
10 avqust 2022 | 17:37
10.08.2022-ci il tarixində rayon icra başçısı Sevindik Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə sakinləri fərdi qəbul edib. Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdırıb və aidiyyəti şəxslərə sakinlərin qaldırdıqları problemlərə operativ yanaşılmasının vacib olduğunu bildirib.