Salyan Gencleri RİH-nin başçısı ilə görüşdülər
20.06.2012
Salyan Gencleri RİH-nin başçısı ilə görüşdülər
Bu gün Salyan Gənclərinin həyatında əlamətdar günlərdən biridir. Rayonun Gəncləri Rayon İcra Hakimiyətinin başçısı Tahir Kərimovla görüşdülər. Tədbiri giriş sözü RİH-nin müavini Rəşad Cəbrayılov açaraq Gənclər adından başçını salamladı.Ekskuliziv olaraq Salyan rayonunun tarixi abidələri həkk olunmuş xüsusi kompazisiyaya malik suviner RİH-nin başçısı Tahir Kərimova təqdim olundu. Salyan Gənclərindən Rəfiqə Ağabəyli gənclərin görüdüyü işlər barədə başçıya məlumat verdi, video çarxa baxış oldu. Tədbirin gedişatında17 nəfər Salyanın digər ölkələrdə təhsil alan və rayonun adını layiqincə yüksəkliyə qaldıran gənclərin skyp vasitəsilə tədbirə canlı qoşulmaq imkanı oldu. Gənclər tərəfindən suallar və təkliflər irəli sürüldü. Sonda RİH-nin başçısı ilə xatirə şəkli çəkildi.