“05 Mart - Bədən Tərbiyəsi və İdman Günü” qeyd olunub
04 mart 2023 | 08:23
Salyanda “05 Mart - Bədən Tərbiyəsi və İdman Günü” qeyd olunub
Salyan rayon Olimpiya İdman Kompleksində “5 Mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri və idmançılar iştirak etmişdir. Tədbir zamanırayonda fəaliyyət göstərən ayrı-ayrı idman növləri - Güləş, Cüdo, Karate, Boks, Futbol, Voleybol, Şahmat, Stolüstü Tennis, Kikboksinq və Juboksinq idman növləri üzrə məşqçi-müəllim və idmançılar tərəfindən nümunəvi çıxışlar nümayiş etdirimişdir.