Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə Salyan regional vahid əlaqələndirmə mərkəzi

24 iyun 2022 | 15:04

Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 25 iyun tarixli
Fərmanı

 

Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin

2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

   Hal-hazırda 2 saylı Şirvan-Salyan regional filial (Salyan şəhər S.Vurğun küçəsi 80 a ) ünvanda Salyan, Neftçala, Biləsuvar, Şirvan, Hacıqabul rayonları üzrə vətəndaşlara xidmət göstərir.

 

Göstərilən xidmətlər

Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri və qazilərə  7 dövlət orqanı üzrə 26 istiqamət (əmək, məşğulluq, social müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya, müalicə, müayinə və s.) üzrə xidmət vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında göstərilir. Mərkəzlərin fəaliyyəti DOST mərkəzlərində və inzibati ərazi vahidləri üzrə Nazirliyin yerli qurumlarının binalarında təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:

- müxtəlif arayışların verilməsi;
- əlilliyin müəyyən edilməsi,
- reabilitasiya vasitələri ilə təminat;
- məşğulluq xidmətləri;
- pensiya, müavinət və təqaüdlərin təyini;
- peşə-əmək reabilitasiyası, social məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort ptyovkaları ilə təminat.

Müdafiə Nazirliyi üzrə:

- şəhid və şəhid ailəsi statusu, müharibə veteran adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu;
- orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu;
- xəsarət və əlilliyin müəyyən edilməsi üzrə arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu;
- sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu.

Səhiyyə Nazirliyi üzrə:

- tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə:

- hərbi xidmət keçmə haqqında arayış verilməsi;
- çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi;
- müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışların verilməsi;
- hərbi qeydiyyatda olma barədə arayış verilməsi.

Yerli icra hakimiyyəti orqanları üzrə:

- yaşayış sahəsinə ehtiyaca dair müraciətlərin qəbulu;
- yaşayış sahəsi üzrə növbəliliyin ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu;
- ailə tərkibi barədə və digər arayışların verilməsi;
- şəhid adının əbədiləşdirməsi barədə müraciətlərin qəbulu.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə:

- səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu;
- immune profilaktikaya dair məlumat verilməsi;
- tibbi arayışların electron registrində nməlumatların verilməsi.

Dövlət Sığorta Kommersiya Şirkəti üzrə:

- həlak olmuş, əlilliyi müəyyən edilmiş və xəsarət almış hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu.

 

Keçidlər