Şriftin ölçüsü :

Saytın rəngi :

Bələdiyyələr

 

                                                                       Bələdiyyələr:

           Salyan rayonu ərazisində 20 (1 şəhər, 1 qəsəbə, 18 kənd bələdiyyəsi) yerli özünüidarəetmə orqanı – bələdiyyə fəaliyyət göstərir. Bütün bələdiyyələr şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyalarında birləşimişlər. Hazırda onların mülkiyyətində 22060 hektar torpaq sahəsi vardır. Bunun da 1848.77 hektarı bələdiyyənin ehtiyat fondu, 795.73 hektarı yaşayış məntəqələrinin perspektiv inkişafı, 9789.51 hektarı otlaq və 9626.50 hektarı isə sair torpaqlardır.

         Bələdiyyələrin büdcəsinin formalaşdırılmasının əsasını torpaqların icarəyə, istifadəyə və mülkiyyətə verilməsi təşkil edir.
     Rayonda 63,9 km asfalt, 415,4 km çınqıl, 151,7 km  torpaq yol bələdiyyənin balansına aiddir.
01.02.2021-ci il tarixinə rayon üzrə 201 nəfər bələdiyyə üzvü vardır ki, onların da 115 nəfəri kişi, 86 nəfəri isə qadındır. Bələdiyyə üzvlərinin hamısı  ali təhsillidir. Yaş tərkibinə gəlincə isə bələdiyyə üzvlərindən 89 nəfəri 30 yaşadək olan gənclərdir. 140 nəfəri Yeni Azərbaycan Partiyasının, 11 nəfər digər partiyaların, 51 nəfər bələdiyyə üzvü isə bitərəfdir.

 

Keçidlər