Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Təhsilin tarixindən

    Qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Salyanda təhsil həmişə xüsusi diqqət verilən sahələrdən olub. İqtisadi baxımdan daim inkişaf etdiyi üçün Salyan həm də uzun müddət Muğan bölgəsinin maarif-mədəniyyət mərkəzi olub. 1860-cı illərə aid mənbələrə əsasən, Salyanda 4 ibtidai məktəb, 19 mədrəsənin (15 kişi, 4 qadın)olması məlumdur. 1880-ci ilin 22 sentyabr tarixində isə indiki Salyan ərazisində ilk Avropa təmayüllü orta təhsil məktəbinin açılması dəqiq tarixi faktlarla təsbit edilib. Bu məktəbin ilk 49 şagirdindən 47 nəfəri milliyyətcə azərbaycanlı, 2 nəfəri isə rus olub. Məktəbin ilk müəllimi Koloşov idi. Tədris müəssisəsinin direktorunun adıyla məktəbə el arasında “ abramın məktəbi” kimi tanınırdı. Məktəbin ilk məzunlarından bir neçə nəfəri Bakı Realnı məktəbinə, 2 nəfəri isə Qori Müəllimlər Seminariyasına müəllim təyin olunub. Hazırda bu məktəbin bazasında Salyan şəhərindəki Aşıq Pənah adına 1 saylı humanitar fənnlər təmayüllü humanitar fənlər təmayüllü məktəb-litsey fəalliyyət göstərir.

    Sonrakı illərdə yaranan Salyan şəhərində qız və oğlanların təhsil alması üçün əlavə 2 məktəb açılb.

Salyanda təhsil bu gün

Hazırda Salyan rayonu ərazisində 53 ümumtəhsil məktəbi, 1 İnteqrasiya təlimli internat tipli gimnaziya, 16 dövlət, 1 özəl məktəbəqədər, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümumtəhsilməktəblərinin 37-si tam orta, 15-i ümumiorta, 2-si isəibtidai təhsil verir. 53 ümum təhsil məktəbində 20320, İnteqrasiya təlimli internat tipli gimnaziyada isə 492 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 1821 müəllim məşğul olur. Rayonda fəaliyyət göstərən 17 məktəbəqədər müəssisədən 5-i kəndlərdə, 12-si isə şəhər ərazisində yerləşir. Məktəbəqədər müəssisələrə 815 uşaq cəlb edilmişdir. Uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərini və istedadlarını inkişaf etdirmək məqsədilə 2 məktəbdən kənar müəssisə fəaliyyət göstərir:

  1. Uşaq Gənclər İnkişaf Mərkəzi
  2. Uşaq Gənclər İdman Şahmat məktəbi

Sarvan, Kürsəngi və Arbatan kənd tam orta məktəbləri əsaslı təmir edilmiş, Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün 180, Aşağı Kürkənd kənd tam orta məktəbi üçün 360, Qızılağac kənd tam orta məktəbi üçün 1000 şagird yerlik, Qarabağlı kəndində uşaq bağçası üçün 100 yerlik, Salyan şəhərində 3 saylı uşaq bağçası üçün 40 yerlik və 9 saylı uşaq bağçası üçün 60 yerlik yeni bina tikilmişdir.

      
Uğurlarımız

Rayonun ümumtəhsil məktəb müəllimlərindən 11 nəfər “Əməkdar müəllim” fəxri adı almış, 9 nəfər “Tərəqqi medalı”na, 1 nəfər isə “Prezident təqaüdü ”nə layiq görülmüşdür.   2021-ci ildə rayonun tam orta məktəblərində 1042 nəfər atestat almışdır. Bunlardan 384 məzun ali, 136 nəfər isə  orta ixtisas  məktəblərinəqəbul olmuşdur.Ali məktəblərə qəbul olunanlardan52nəfər 500-dən,13 nəfər isə 600-dən çox bal toplamışdır. Şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Bədəlov Əflan Aslan oğlu “Qızıl nişan” ilə təltif olunmuşdur.

Məktəblilərin fənn olimpiadalarının respublika  turunda coğrafiya fənni üzrə 4 saylı tam orta məktəbin XI sinif şagirdi Əflan Bədəlov qızıl, 2 saylı tam orta məktəbin X sinif şagirdi Mirəsgər Əsgərov gümüş, Piratman Gəncəli kənd tam orta məktəbin XI sinif şagirdi Riyad Həmzəyev bürünc, 7 saylı texniki fənlər təmayüllü məktəb liseyin IX sinif şagirdi Fərid Quliyev fizika fənni üzrə qızıl, 2 saylı tam orta məktəbin X sinif şagirdi Kənan Əlizadə biologiya fənni üzrə bürünc medala  layiq görülmüşdür.

       
“Əməkdar müəllim ” fəxri adına layiq görülmüş müəllimlər

  • Əhmədov Həsənağa Əhməd oğlu – Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin ingilis dili müəllimi  ( 2000-ci il ) -- vəfat edib.
  • Piriyeva Gülşən Əliağa qızı - Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin kimya-biologiya müəllimi   ( 2004-cü il )
  • Şirinova Əlvanxanım Əmir qızı -təqaüdçü-müəllim    ( 2005-ci il )
  • Ələsgərova Yaqut Bəylər qızı - Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin biologiya müəllimi(2007-ci il )
  • Mehdiyev Ələsgər Rəşid oğlu – təqaüdçü-müəllim    ( 2008-ci il )
  • Səlimli Səlimağa Ağaxan oğlu - Şəkərli kənd ümumi orta məktəbin direktoru, fizika müəllimi    ( 2009-cu il )
  • Cəbrayılova Fərqanə Həbib qızı – Rayon Təhsil şöbəsində aparıcı məsləhətçi, tarix müəllimi    ( 2010-cu il )
  • Piriyev Allahverdi Əliyusif oğlu -- təqaüdçü-müəllim    ( 2013-cü il )
  • Rzayeva Sehranə Nəriman qızı – şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi  (2017-ci il )
  • Dadaşov Məhəbbət Vahub oğlu – Aşağı Kürkənd kənd tam orta məktəbin riyaziyyat müəllimi (2019-cu il)
  • Rəhimova Şəhla Məmmədqasım qızı -- Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin coğrafiya müəllimi   ( 2021-ci il )

“Tərəqqi” medalı ilə təltif olunmuş müəllimlər

  • Orucov Zabit Səyyaf oğlu - Yuxarı Xalac -1 kənd tam orta məktəbin riyaziyyat müəllimi   ( 2005-ci il )
  • Quliyev Yusif Əliqulu oğlu - Şəhər 8 saylı tam orta məktəbin riyaziyyat müəllimi   (2008-ci il )
  • Ağalarov Məsud Mahmud oğlu – təqaüdçü-müəllim    ( 2010-cu il )
  • Əzizov Saleh Niftulla oğlu – təqaüdçü-müəllim   ( 2012-ci il )
  • Əsgərov Rəcəb İman oğlu - Şəhər 4 saylı tam orta məktəbin kimya müəllimi  (2013-cü il )
  • Məmmədov Əlimuxtar Mirəli oğlu – Şəhər 4 saylı tam orta məktəbin direktoru    (2014-cü il )
  • Əzizov İdris Fərəculla oğlu – təqaüdçü-müəllim    ( 2015-ci il )
  • Dadaşova Razıgül Müseyib qızı – Rayon Təhsil şöbəsinin müdiri, tarix müəllimii   (2016-cı il )
  • Zeynalov Ziyafət Məmmədbağır oğlu -- 8 saylı tam orta məktəbin ingilis dili müəllimi (2018-ci il )

 

Prezident təqaüdü almış müəllim

• Əhmədov Həsənağa Əhməd oğlu - Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin ingilis dili müəllimi.    ( 2007-ci il )   --- vəfat edib.

Hər tədris ilinin sonunda respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu barədə Dövlət İmtahan Mərkəzinin yekun statistikasında rayonumuz həm ümumi nəticələr üzrə, həm də ayrı-ayrı fənlər üzrə nəticələrə görə respublikada öncül yerlərdə olur.

 

İllər

Məzunların sayı

Sənəd verənlər

Qəbulolunanlar

500-dən çox bal toplayanlar

600-dən çox bal toplayanlar

2005

1509

710

281

36

8

2006

1501

767

234

42

13

2007

1431

696

211

36

11

2008

1378

779

226

52

17

2009

1433

677

245

37

6

2010

1322

663

278

64

18

2016

1212

 851

352

 49

21

2017

1074

 767

349

 43

18

2018

1056

 821

428

 63

27

2019

  963

 645

373

 68

14

2020

925

 603

385

57 

12

2021

  1042

 700

384

  52 

13

Rayonda iki məktəbin bazasında lisey siniflər açılaraq Təhsil Nazirinin əmri ilə məktəb-liseyə çevrilmişdir. Bir məktəb elektron məktəbə çevrilib.

 

 

Salyan Rayon Təhsil Şöbəsinin müdiri: Dadaşova  Razıgül  Müseyib  qızı ( təvəllüdü 1973-cü il )

 (07 oktyabr 2021-ci ildə bu vəzifəyə təyin edilib).

İctimai-siyasi  kollecin  “İnsan  və  cəmiyyət” fakultəsini  fərqlənmə  diplomu   ilə  bitirdikdən  sonra, 1994-1998-ci  illərdə  N.Tusi  adına  ADPU –nin  “Tarix” fakultəsində   təhsil  alıb. 1998- 2017-ci  illərdə  Salyan  şəhər  4  saylı  tam  orta  məktəbdə  tarix  müəllimi  işləyib. 5  Yanvar  2017-ci  tarixdən  Təhsil  Nazirliyinin  əmri  ilə  Salyan  Peşə  Liseyinin  direktoru  vəzifəsinə  təyin  edilib. 2013-2014-cü   tədris  ilində  “Ən  Yaxşı  Müəllim”    müsabiqəsinin  qalibi  olub. 2016-cı  il  oktyabr  4-də Ölkə Prezidenti  cənab  İlham  Əliyevin  sərəncamı  ilə  “Tərəqqi” medalı  ilə  təltif  edilib.

İdarənin yerləşdiyi ünvan : Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi № 2a

Telefon:  (021)  255-51-30

Faks:                  255-51-30           

Email adresi: salyan@edu.gov.az

Məktəblərin yenilənməsi

Ölkəmizin iqtisadi imkanlarının ilbəil güclənməsi təhsil sahəsinin inkişafına təsirsiz ötüşməyib. Xüsusilə yeni məktəb binalarının tikilməsinə və təhsil müəssisələrinin texniki bazasının gücləndirilməsinə diqqət daha böyükdür. Məqsəd indidən gələcəyimizin etibarlı təminatına yiyələnməkdir. Bu baxımdan dövlət siyasəti Salyanda da uğurla davam etdirilir. Belə ki son illərdə rayon ərazisində yararsız vəziyyətdə olan məktəblərin yerində yeniləri tikilərək şagirdlərin istifadəsinə verilmişdir. Şorsulu kənd inzibati ərazi dairəsinə daxil olan Boranıkənd kəndində 200 yerlik ümumi orta, Peyk kəndində 320 yerlik  tam orta, Qarabağlı kəndində 480 yerlik Qarabağlı-1 saylı kənd tam orta, Yolüstü kəndində 360 yerlik tam orta, Quyçu kəndində 80 yerlik ümumi orta, Salyan şəhəri Plastmas yaşayış massivində yeni 680 yerlik 9 saylı tam orta, Salyan şəhər 2 saylı tamorta məktəbi üçün 1200 yerlik yeni  bina, Bəşirbəyli kəndində Pambıqkənd kənd tam orta məktəbi üçün 6 sinif otağından ibarət 120 yerlik yeni korpus, Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün 180 şagird yerlik, Aşağı Kürkənd kənd tam orta məktəbi üçün 360 şagird yerlik, Qızılağac kənd tam orta məktəbi üçün 1000 şagird yerlikyeni bina, Qarabağlı kəndində 100 yerlik, şəhər3 saylı uşaq bağçası üçün 40 yerlik və 9 saylı uşaq bağçası üçün 60 yerlik yeni bina tikilmişdir. Xurşud kənd ümumi orta məktəbində istilik sistemi quraşdırılaraq istifadəyə verilmişdir. Bundan əlavə, Dayıkənd, Kürsəngi, Sarvan və Arbatan kənd, Qaraçala qəsəbə və şəhər 8 saylı tam orta məktəblərin binaları əsaslı təmir olunmuşdur. Qeyd edək ki, yeni tikilən məktəblərin hamısı dövlət vəsaiti hesabına inşa olunmuş, əsaslı təmir işləri dövlət vəsaiti xətt ilə aparılmışdır.

Salyan Peşə Liseyi


Salyan Peşə Liseyi Salyan şəhəri H. Əliyev küçəsi 96 nömrəli binada yerləşir. Salyan şəhərində 1941-ci ildən 104, 1974-cü ildən isə 76 saylı texniki peşə məktəbləri fəaliyyət göstərib. 1996-cı ildə Azərbaycan respublikası Nazirlər kabinetinin 116 saylı 23 avqust 1996-cı il tarixli qərarı və buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 440 saylı 02 sentyabr 1996-cı il tarixli əmri ilə bu texniki peşə məktəbləri birləşdirilmiş, 02 noyabr 1996-cı ildən bu texniki peşə məktəblərinin bazasında Salyan Peşə Liseyi fəaliyyətə başlamışdır.

Salyan Peşə liseyinin idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Qanununa, Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 avqust 1996-cı il tarixli 116 saylı qərarı ilə təsdiq edilmiş əsasnaməsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi – normativ aktlarına və liseyin 659 №-li 05 dekabr 1996-cı il tarixdə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməsinə müvafiq olaraq həyata keçirilir. Liseydə 309 şagird ( 2021 / 2022-ci tədris ilinə olan vəziyyət) təhsil alır.

Salyan Peşə Liseyində aşağıda göstərilən 10 ixtisas üzrə kadr hazırlığı aparılır:

1. Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil  sürücüsü montyoru, avtomobil  sürücüsü

2. Aqroservis mütəxəssisi

3. Heyvandarlıq mütəxəssisi

4. “Əməliyyatçı – mühasib”

5. “Dərzi” 

6. “Kompyuter operatoru”

7. “Elektrik qaz qaynaqçısı”

8. Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi xəzinədar

Direktor əvəzi: Xəlilov Elşad Əliqulu oğlu

Telefon:  (021)  255-22-83

 Faks:                 255-22-83

 Email adresi: salyan_pl@mail.ru

  salyan_pl@box.az

 

 

Keçidlər