Şriftin ölçüsü :

Saytın rəngi :

Kür çayının daşması nəticəsində evləri zərər çəkmiş ailələr üçün salınmış yaşayış sahəsinə təbii qaz verilmişdir.

03 mart 2021 | 16:00

Salyan şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən Kür çayının daşması nəticəsində evləri zərər çəkmiş ailələr üçün salınmış yaşayış sahəsinə təbii qaz verilmişdir.
 

     SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2021-ci ildə də  davam etdirilməkdədir.
    Bu məqsədlə, martın 2-də Salyan şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən Kür çayının daşması nəticəsində evləri zərər çəkmiş ailələr üçün 2010-cu ildə salınmış 120 ailə olmaqla 500 nəfərə yaxın əhalisi olan yaşayış sahəsinə təbii qaz verilmişdir.
   Tədbirdə çıxış edən sakinlər yaşayış sahəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər