Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyətində videobağlantı vasitəsilə növbəti müşavirə keçirilmişdir.

05 avqust 2020 | 16:00

5 avqust 2020- ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov inzibati ərazi dairə nümayəndələrinin iştirakı ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin məqsədilə videobağlantı vasitəsilə növbəti müşavirə keçirmişdir.
Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilən rayonda epidemioloji vəziyyət müzakirə olunmuş, vətəndaşların karantin qaydalarına ciddi əməl olunması tövsiyyə edilmişdir. Həmçinin rayonun yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər diqqətə çatdırılmışdır.  İcra başçısı kənd ərazilərində xüsusi karantin rejiminin tələblərinin daim diqqətdə saxlanılması, əhalinin rejimin tələblərinə riayət etməsi,  xüsusi qayğıya ehtiyac olan vətəndaşların daim diqqətdə saxlanılması ilə bağlı ciddi göstərişlər vermişdir. Müşavirədə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Keçidlər