Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda hər hektar taxıl sahəsindən 34 sentnerdən çox məhsul götürülür.

02 iyun 2020 | 16:00

Salyanda hər hektar taxıl sahəsindən 34 sentnerdən
çox məhsul götürülür.

Ötən ilin payızında rayonda 16 min 802 hektar taxıl əkilib. Bunun 11 min 246  hektarı arpa, 5 min 556 hektarı isə buğdadır.  2019-cu ildə hər hektar taxıl sahəsindən  38 sentner məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzü gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Bunun nəticədə də sahələrdə bol məhsul yetişib.
     Bir neçə gündür ki, Salyan rayonda taxıl yığımına başlanılıb. Indi əsas  diqqət biçim kampaniyasının vaxtında başa çatdırılmasına yönəldilib. Bu məqsədlə sahələrə 24 kombayn çıxarılıb, 40 küləkbağlayan pres, məhsulun daşınması üçün 80 maşın və mexanizm sahibkarların istifadəsinə verilib. İşin yaxşı təşkili nəticəsində gün ərzində 200-210 hektar sahədə biçin aparılır və hər hektardan təxminən 34 sentner məhsul yığılır. Bu günədək 832 hektar sahədə biçin aparılır və 2 min 828 ton taxıl yığılıb. Mütəxəssislərin dediyinə görə bu il  rayonda təxminən 50 min tondan çox taxıl istehsalı gözlənilir.
     Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi rayonda taxılçılığın inkişafına təkan verib. Indi yüzlərlə fermer taxıl əkini ilə məşğul olur və yaxşı qazanc əldə etdiyindən əkin sahələrini hər il genişləndirirlər.
    Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayon İcra hakimiyyətində operativ qərargah yaradılıb. Mütəxəssislərin də cəlb olunduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər operativ həll olunur. Onu da qeyd edək ki, məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüflarda lazımı təhlükəsizlik tədbirləri görülüb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

 

Keçidlər