Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində koronavirus infeksiyanın yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə ilə mobil quruplar yaradılmışdır.

28 mart 2020 | 16:00

       28 mart 2020-ci il tarixində Salyan rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində koronavirus infeksiyanın yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə ilə mobil quruplar yaradılmışdır. Bu istiqamətdə görüləcək tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir. Sakinlərlə aparılan fərdi söhbətlər zamanı xüsusi karantin rejimin qaydaları bir daha xatırladılmış, bu qaydalara əməl etməyin vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən mərkəzi küçələrdə, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır. Bununla yanaşı insnalararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 nömrəli qaynar xəttlə zəng etmək ciddi tövsiyə olunmuşdur. Qruplar eyni zamanda, sakinlərə xüsusi karantin rejiminin tələblərinin vətəndaşların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınması məqsədi ilə tətbiq edildiyini bildirmişlər. 
Bir daha rayon sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Keçidlər