Şriftin ölçüsü :

Saytın rəngi :

Energetika naziri Pərviz Şahbazov Salyan rayon sakinlərini qəbul etmişdir.

02 mart 2020 | 16:00

    Martın 2-də Salyan rayon Heydər Əliyev Mərkəzində Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Energetika naziri Pərviz Şahbazov Salyan rayon sakinlərini qəbul etmişdir. Qəbuldan əvvəl Salyan RİH-nin başçısı Sevindik Hətəmov və Energetika naziri Pərviz Şahbazov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra Heydər Əliyev Mərkəzinin inzibati binasında Energetika Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti dinlənilmiş və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.

 

Keçidlər