Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “2 fevral-Gənclər günü” münasibətilə tədbir keçirilmişdir.

30 yanvar 2020 | 16:00

Salyan rayonunda  “2 fevral-Gənclər günü” münasibətilə
tədbir keçirilmişdir.

 Salyan rayon İcra Hakimiyyətində “2 Fevral - Gənclər günü” münasibətilə tədbir keçirilmişdir.
      Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov gəncləri əlamətdar gün münasibətilə təbrik etmiş, Azərbaycanın çiçəklənməsi naminə onlara xoşbəxt, sağlam gənclik və uğurlu gələcək arzu etmişdir. Rayon rəhbəri əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən gənclər siyasətinin əhəmiyyətindən, söz açaraq gənclərin beynəlxalq  səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sahələrində layiqincə təmsil oluna bilmələri üçün geniş imkanların yaradıldığını, dövlət idarəçilik sistemində önə çəkildiklərini bildirmişdir. 
      Tədbirdə çıxış edən gənclər bu gün gənclərin sevimlisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dinamik inkişafın davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışdıqlarını bildirmişlər. Möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalaması da sözügedən sahəyə göstərilən diqqət və qayğının göstəricisi olduğunu vurğulamışlar. Gənclər onlara verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdar olduqlarını bildirmişlər.
      Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gəncə Fəxri fərman və qiymətli hədiyyələr verilmişdir. Həmçinin Salyan rayon İcra Hakimiyyətində könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran könülllülərin hər birinə rayon icra hakimiyyətinin başçısı tərəfindən xüsusi sertifikatlar təqdim edilmişdir.

 

Keçidlər