Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Yeni Uluxanlı kəndində əhali ilə görüş keçirmişdir.

14 yanvar 2020 | 16:00

Salyan rayon İcra Hakimiyyətinin başçısı rayonun Yeni Uluxanlı kəndində əhali ilə görüş keçirmişdir.

14 yanvar 2020-ci il  tarixində Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Yeni Uluxanlı kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı 2019-cu ildə vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatların əhəmiyyətindən, həmçinin aqrar sahənin inkişafı ilə bağlı tədbirlərdən, dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır. 
    Qəbulda sakinlərin müraciət, təklif və rəyləri dinlənilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
    Sonda çıxış edən sakinlər onlara göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər.

 

Keçidlər