Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

27 dekabr 2019 | 16:00

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.

27 dekabr 2019-cu il tarixində rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
     Azərbaycan  Respublikasının  əməkdar artisti, bədii qiraətçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürovun  aparıcılığı ilə keçən tədbirdə xanəndənin ömür yolu və musiqi mədəniyyəti sahəsində xidmətlərindən danışılmışdır. Bildirilib ki, onun sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri, oxuduğu muğamlar musiqi tariximizdə daim  yaşayacaqdır.
    Rayonun gənc xanəndəsi Babək Kərimovun təqdimatında muğamlardan parçalar,  xalq mahnıları səsləndirilmişdir.

Keçidlər