Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya şöhrətli bəstəkar Arif Məlikova aid elektron disklərin və respulikanın əməkdar artisti Həsənağa Sadıqovun şəxsi əşyalarının muzeyə təqdimatı ilə əlaqədar tədbir keçirilmişdir.

06 dekabr 2019 | 16:00

Dünya şöhrətli bəstəkar Arif Məlikova aid elektron disklərin və respulikanın
əməkdar artisti Həsənağa Sadıqovun şəxsi əşyalarının muzeyə təqdimatı
ilə əlaqədar tədbir keçirilmişdir.

06 dekabr 2019-cu il tarixində saat 12:00-da Salyan Rayon Tarix Diyarşünaslıq muzeyində Salyan Rayon İcra Hakimiyyətinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev” və “İstiqlal” ordenli dünya şöhrətli bəstəkar Arif Məlikova aid elektron disklərin və respulikanın əməkdar artisti, əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun şəxsi əşyalarının muzeyə təqdimatı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Arif Məlikovun nəvəsi Aminə Məlikova, qohumu Ceyhun Məlikov, Həsənağa Sadıqovun övladları, idarə, müəssisə, təşkilat rəhbərləri, mədəniyyət işçiləri, ziyalılar və ağsaqqallar iştirak etmişdir. 
    Tədbirdə bəstəkar Arif Məlikova aid elektron disklərin və əməkdar artist Həsənağa Sadıqovun şəxsi əşyalarının təqdimatı keçirilmiş, Həsənağa Sadıqovun nəvəsinin ifasında ustad sənətkarın musiqilərindən ibarət nümunələr səsləndirmişdir. Həmçinin, bəstəkar Arif Məlikovun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunmuş, rayonun incəsənət ustaları onun bəstələdiyi mahnıları ifa etmişlər.

Keçidlər