Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Qəbələ-Şəki-Zaqatla marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşmüşlər

18 noyabr 2019 | 16:00

Salyan rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Qəbələ-Şəki-Zaqatla marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşmüşlər

18 noyabr 2019-cu il il tarixində Salyan rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşmüşlər.
    Tur-aksiyanın iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtramla yad etmişlər. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdikləri yolasalma mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən, onlara göstərilən yüksək dövlət qayğısından bəhs etmiş, belə layihələrin yeniyetmə və gənclərin  dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulamış, onlara bu aksiyada uğurlu yol və xoş istirahətlər arzulamışdır.
    Tur-aksiya iştirakçıları onlar üçün təşkil olunmuş konsert proqramında iştirak etmiş, sonra isə musiqi sədaları altında avtobusla yola düşmüşlər.

 

Keçidlər