Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Uşaq İncəsənət Məktəbinin binası əsaslı təmir olunur

03 oktyabr 2019 | 16:00


Salyan Uşaq İncəsənət Məktəbinin binası
əsaslı təmir olunur

Prezident İlham Əliyevin bu ilin mart ayında bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşü bu sahənin inkişafında növbəti dönüş mərhələsı oldu. Paytaxtdakı bir sıra mədəniyyət ocaqlarının yenilənməsi ilə bağlı sərəncamlar verildi. Prosesin davamı olaraq hazırda bölgələrdəki mədəniyyət obyektləri müasir tələblərə uyğun qurulur. Onlardan bir də Qulu Əsgərov adına Salyan Uşaq İncəsənət məktəbidir. Salyan Uşaq İncəsənət məktəbinin binasının yenilənməsinə cari ilin iyul ayının əvvəlindən başlanılıb. 
    Artıq binanın təmir-tikinti işləri yekunlaşıb. Sinif otaqlarının qapı və pəncərələri, həmçinin elektrik naqilləri tam yenilənib. Qeyd edək ki, sözü gedən mədəniyyət müəssisəsində dərslərin yüksək səviyyədə tədrisi üçün hər cür şərait yaradılıb. Görülən tikinti quraşdırma işlərinin nəticəsi olaraq sinif otaqlarının sayı da artırılmışdır. Bundan əlavə binanın özülünü və divarlarını qrunt sularından qorumaq üçün əlavə tədbirlər görülmüşdür ki, bu da binanın təhlükəsizliyini təmin etməklə yanaşı, birinci mərtəbənin divarlarını nəmdən qoruyacaq. Xatırladaq ki, Qulu Əsgərov adına Salyan Uşaq İncəsənət Məktəbində 10 ixtisas üzrə dərslər tədris olunur və 406 şagird təhsil alır.

Keçidlər