Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün ikimərtəbəli yeni bina inşa olunur

27 sentyabr 2019 | 16:00

Salyanda Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün ikimərtəbəli
yeni bina inşa olunur


      Ərəbqardaşbəyli kənd tam orta məktəbi 1964-cü ildə inşa edilmiş və indiyə kimi  uyğunlaşdırılmış binada yerləşdirilmişdir.
     Məktəb binası qəzalı vəziyyətdə olduğu üçün 180 şagird yerlik binanın tikintisinə Heydər Əliyev Fondunun dəstəyi ilə bu ilin iyun ayında başlanılmışdır. Qısa vaxt ərzində binanın birinci mərtəbəsində hörgü işləri başa çatmış, pəncərələr quraşdırılmışdır. Hazırda ikinci mərtəbədə işlər davam etdirilir. Yeni inşa olunan təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaqdır. Binada sinif otaqları ilə yanaşı laboratoriya, tibb və kompüter otaqları, yeməkxana, idman və akt zalları və fənn kabinetləri olacaqdır. Təhsil ocağı müasir istilik sistemi, yeni inventar və texniki vasitələrlə təchiz ediləcəkdir.
      Bugün yeni məktəb binalarının inşası və təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin isə təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından çox mühüm addımlardandır.  Təhsil sahəsində görülən bütün bu işlər Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə xidmət edir.
     Möhtərəm cənab Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı bir daha təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərindən biridir.

 

Keçidlər