Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Qaraçala qəsəbəsində əhaliilə görüş keçirmişdir

12 sentyabr 2019 | 16:00

Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Qaraçala qəsəbəsində
əhaliilə görüş keçirmişdir


    12 sentyabr 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Qaraçala qəsəbəsində əhali ilə növbəti səyyarqəbul keçirmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
    Səyyar qəbulda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır. Qəbulda sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar rayon rəhbəri tərəfindən ətraflı cavablandırılmış, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmış, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.

Keçidlər