Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşid Mehdiyevin doğum günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur

26 iyul 2019 | 16:00

Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşid Mehdiyevin doğum günü ilə əlaqədar məzarı ziyarət olunmuşdur

26 iyul 2019-cu il tarixində Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşid Rövşən oğlu Mehdiyevin doğum günü ilə əlaqədar rayonun Xələc kəndində yerləşən Şəhidlər xiyabanındakı məzarı ziyarət olunmuş, xiyabanda uyuyan bütün şəhidlərin ruhuna dualar oxunmuş və önlərinə gül-çiçək dəstələri düzülmüşdür.    
     Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, din xadimləri, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak etmişdir.


 

Keçidlər