Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda mini futbol üzrə rayon çempionatının final mərhələsi keçirilmişdir

10 may 2019 | 16:00


Salyan rayonunda mini futbol üzrə rayon çempionatının final mərhələsi keçirilmişdir
      

    10 may 2019-cu il tarixində Salyan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edimiş idarə,müəssisə və təşkilatlar arasında mini futbol idman növü üzrə rayon çempionatının final mərhələsi keçirilmişdir.
      Yarışda finala vəsiqə qazanmış rayon Polis şöbəsinin və FHN-nin Muğan Regional Mərkəzinin komandaları qarşılaşmış və oyun 1:0 hesabı ilə FHN-nin Muğan Regional Mərkəzinin komandasının qələbəsi ilə nəticələnmişdir. Qaliblərə rayon İcra hakimiyyətinin başçısı tərəfindən kubok, medal və qiymətli hədiyyələr təqdim edilmişdir.

Keçidlər