Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir

09 may 2019 | 16:00

Salyan rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir

9 May 2019-cu il tarixində Salyan rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Böyük Vətən Müharibəsi iştirakçıları və onlara bərabər tutulanlar, Əmək veteranları, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “1941-1945-ci illər” və Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Dadaşovun abidələrini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbir iştirakçıları sonra Böyük Vətən Müharibəsi iştirakçılarının evində olmuş, onları Qələbə bayramı münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişlər. 

 

Keçidlər