Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşanın işğalının 27-ci ildönümü münasibətilə “Unudulmayan Şuşa” adlı tədbir keçirilmişdir.

03 may 2019 | 16:00

Şuşanın işğalının 27-ci ildönümü münasibətilə “Unudulmayan Şuşa” adlı tədbir keçirilmişdir.

03 may 2019-cu il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Zahid Abbasovun təşkilatçılığı ilə Şuşanın işğalının 27-ci ildönümü münasibətilə “Unudulmayan Şuşa” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi - Şuşa rayonu üzrə nümayəndə Zahid Abbasov və Şuşa rayonunun mədəniyyət işçilərindən ibarət nümayəndələr iştirak etmişlər. Tədbirdə Şuşanın tarixi ilə bağlı sənədli film, tarixi abidələrinin yağlı boya ilə çəkilmiş rəsm əsərlərindən ibarət sərgi və işğal nəticəsində dağıdılmış mədəniyyət abidələrinin fotoları nümayiş olunmuşdur. Rayon İncəsənət Məktəbinin şagirdləri və gənc müğənni Balaş Zamanovun ifasında musiqi nömrələri səsləndirilmişdir.
     Sonda Şuşanın işğalı ilə  bağlı faktları özündə əks etdirən bukletlər paylanılmışdır.

 


 

Keçidlər