Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd olunmuşdur

27 aprel 2019 | 16:00

Görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı
ildönümü qeyd olunmuşdur

       27 aprel 2019-cu il tarixində Salyan rayon İcra hakimiyyətində görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü qeyd olunmuşdur.
            Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbiri giriş sözü ilə açaraq akademik Zərifə xanım Əliyevanın öz parlaq fəaliyyəti ilə Azərbaycan tibb elminə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulamışdır.
           Dinlənilən məruzə və çıxışlarda insanlara həyat nuru bəxş etmiş şəfqətli bir həkimin, sadəliyi və təvazökarlığı ilə insanlığın əsl mücəssəməsi olan nəcib azərbaycanlı xanımın  Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə toxunulmuş, ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyi vurğulanmışdır.

Keçidlər