Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon Icra hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Yuxarı Noxudlu kəndində əhali ilə növbəti səyyar qəbul keçirmişdir

19 mart 2019 | 16:00

Salyan rayon Icra hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun Yuxarı Noxudlu kəndində əhali ilə növbəti səyyar qəbul keçirmişdir

Salyan rayon Icra hakimiyyətinin başçısı Sevindik Hətəmov 19 mart 2019-cu il tarixində rayonun Yuxarı Noxudlu kəndində əhali ilə növbəti səyyar qəbul keçirmişdir.   
     Səyyar qəbulda rayon rəhbəri giriş sözü söyləmiş, yerlərdə keçirilən bu cür səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirmişdir. Səyyar qəbulda rayon rəhbəri sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandırmış, qaldırılan məsələrlə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir.
     Kənd sakinləri həyata keçirilən quruculuq-abadlıq işlərinə, yol infrastrukturunun yaxşılaşdırılmasına, aqrar sahədə görülən işlərə verilən dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ünvanlamışlar. Onlar maddi-məişət şəraitinin yaxşılaşdılması ilə bağlı qəbul olunan qərarları, minimum əmək haqqlarının, pensiyaların, müxtəlif təqaüd və müavinətlərin artırılmasını, xüsusilə şəhid ailələrinə birdəfəlik müavinətlərin ödənilməsini, problemli kreditlər məsələsinin həllinə göstərilən köməkliyi dövlətin vətəndaşlarına əvəzsiz qayğısı kimi yüksək dəyərləndirmişlər.

Keçidlər