Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir

07 mart 2019 | 16:00

Salyan rayonunda “8 Mart – Beynəlxalq Qadınlar Günü”
münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir

       7 mart 2019-cu il tarixində rayonun “Kür” şadlıq evində “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə bayram tədbiri keçirilmişdir. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan, ictimai-siyasi həyatda fəal iştirak edən qadınlar, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid və əsgər anaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
       Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə çıxış edərək qadınları bayram münasibətilə təbrik etmiş, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətdə tutduqları yüksək mövqedən söz açmış, Azərbaycan qadınlarının hər zaman müsbət dəyərləri, yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçildiyini vurğulamışdır. Tədbirdə “N” saylı hərbi hissədə xidmət edən salyanlı əsgərin anası ilə görüşü təşkil olunmuş və bu görüş anaya 8 mart hədiyyəsi olmuşdur.
       Bayram tədbiri rayon incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.


 

Keçidlər