Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “Xocalı soyqırımının” iyirmi yeddinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

26 fevral 2019 | 16:00

Salyan rayonunda “Xocalı soyqırımının” iyirmi yeddinci  ildönümü ilə
əlaqədar tədbir keçirilmişdir

    26 fevral 2019-cu il tarixində Salyan rayonunda faciənin iyirmi yeddinci ildönümü ilə əlaqədar keçirilən anım tədbirinin iştirakçıları əvvəlcə “Şəhidlər” xatirə kompleksində "Əsgər anası" və Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin abidələrini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər.
         Anım mərasimində “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya səsləndirilmişdir.

Keçidlər