Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra hakimiyyətinin başçısı əhali ilə görüş keçirmişdir

19 fevral 2019 | 16:00

Salyan rayon İcra hakimiyyətinin başçısı rayonun Aşağı Kürkənd kəndində və Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində evləri qəza vəziyyətinə düşmüş sakinlər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Salyan şəhəri ərazisində, Plastik yaşayış sahəsində salınmış şəhərciydə əhali ilə görüş keçirmişdir

19 fevral 2019-cu il tarixində Salyan rayon İcra hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Aşağı Kürkəndi kəndində və Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində evləri qəza vəziyyətinə düşmüş sakinlər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Salyan şəhəri ərazisində, Plastik yaşayış sahəsində salınmış şəhərcikdə əhali ilə görüş keçirmişdir. İdarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi qəbulda sakinlərin onları narahat edən məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran rayon rəhbəri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulamış, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmışdır.

Keçidlər