Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “2 fevral-Gənclər günü”münasibətilə tədbir keçirilmişdir.

01 fevral 2019 | 16:00

  Salyan rayonunda  “2 fevral-Gənclər günü”münasibətilə tədbir keçirilmişdir.   

  01 fevral 2019-cu il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində “2 Fevral - Gənclər günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Bakı şəhərində təhsil alan, rayonun idarə, müəssisə və təşkilatlarında çalışan gənclər iştirak etmişlər.
      Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik etmiş, Azərbaycanın çiçəklənməsi naminə onlara xoşbəxt, sağlam gənclik və uğurlu gələcək arzu etmişdir. O, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən gənclər siyasətinin əhəmiyyətindən, söz açaraq gənclərin beynəlxalq  səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sahələrində layiqincə təmsil oluna bilmələri üçün geniş imkanların yaradıldığını, dövlət idarəçilik sistemində önə çəkildiklərini bildirmişdir.
      Tədbirdə çıxış edən gənclər bu gün gənclərin sevimlisi hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dinamik inkişafın davamlılığını təmin etmək üçün üzərlərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirməyə çalışdıqlarını bildirmişlər. Gənclər onlara verilən dəstəyə, göstərilən etimada və ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdar olduqlarını bildirmişlər. Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə tələbə-gənclərin təklifləri dinlənilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Rayon rəhbəri gənclərin fəallığını yüksək qiymətləndirmiş, onları narahat edən məsələlərə aydınlıq gətirmiş və verilən bütün təklif və təşəbbüslərin dəyərləndirilməsi  istiqamətində addımlar atılacağını diqqətə çatdırmışdır.
       Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak etmiş bir qrup gəncə qiymətli hədiyyələr təqdim edilmişdir.

 

Keçidlər