Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Arbatan kəndində əhali ilə görüş keçirmişdir

22 yanvar 2019 | 16:00


Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun
Arbatan kəndində əhali ilə görüş keçirmişdir

 

   22 yanvar 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Arbatan kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər. Görüşdə çıxış edən rayon rəhbəri ölkədə sosial-iqtisadi inkişafla bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən qayğı və diqqətdən söz açmışdır. Görüşdə kənd sakinlərini narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilmiş, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmişvəonlarınhəllinəzarətə götürülmüşdür.

 

]

Keçidlər