Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda Ulu Öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım tədbiri keçirilmişdir

12 dekabr 2018 | 16:00

Salyanda Ulu Öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümünə
həsr olunan anım tədbiri keçirilmişdir

 12 dekabr 2018-ci il tarixində Salyan rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar izdihamlı anım tədbiri keçirilmişdir.
    Tədbir iştirakçıları Salyan rayon Heydər Əliyev adına Parkda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanları, “N” saylı hərbi hissənin əsgər və zabitləri, idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
     Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dahi şəxsiyyətin nəsillərə nümunə olan həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-eksponatlarla tanış olmuş, Ümummilli lider Heydər Əliyevin həyatını əks etdirən “Dahi şəxsiyyət” adlı qısa metrajlı sənədli filmə tamaşa etmişlər.

 

Keçidlər