Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, unudulmaz sənətkar Həsən Məmmədovun 80 illik yubleyinə həsr edilmiş yubley tədbiri keçirilmişdir.

06 dekabr 2018 | 16:00

Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, unudulmaz sənətkar Həsən Məmmədovun 80 illik yubleyinə həsr edilmiş yubiley tədbiri keçirilmişdir.

6 dekabr 2018-ci il tarixində Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, unudulmaz sənətkarHəsən Məmmədovun 80 illik yubileyi doğulduğu Salyan şəhərində təntənəli şəkildə qeyd olunmuşdur. Salyan şəhər 2 saylı tam orta məktəbdə keçirilən yubiley mərasimində Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Xalq artistləri, tanınmış kino xadimləri, ailə üzvləri vərayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Həsən Məmmədovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olmuş, sənətkarın baş rollarda çəkildiyi "Yeddi oğul istərəm", "Böyük dayaq", "Alma almaya bənzər", "Axırıncı aşırım", "Dədə Qorqud" və digər filmlərdən kadrları izləmişlər. Tədbiri giriş sözü ilə açanrayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəməov ekran əsərləri ilə milli kino sənətimizə dəyərli töhfələr vermiş Həsən Məmmədovun mənalı ömür yolu və zəngin yaradıcılığından söhbət açmışdır. Bildirmişdir ki, Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir. Böyük sənətkarın çəkildiyi filmləri, teatr səhnəsində canlandırdığı rolları xatırladan natiq bildirmişdir ki, Həsən Məmmədov xoşbəxt sənətkardır. Onun Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə və teatr səhnəsində canlandırdığı surətlər ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmişdir. Həsən Məmmədov həmişə yaratdığı obrazların canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışmış və buna nail olmuşdur.
   Mədəniyyət nazirinin müavini Vaqif Əliyev Azərbaycan Respublikası Prezidentinin "Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında" imzaladığı sərəncamınHəsən Məmmədova, onun ruhuna, onun yaradıcılığına göstərilən ən böyük hörmət və ehtiram olduğunu vurğulamış, sənətkarın həm kinoda, teatrda, həm də televiziya ekranlarında yaddaqalan obrazlar yaratmasının peşəkarlıqdan qaynaqlandığını bildirmişdir.
   Xatirə tədbirinin aparıcısı, Xalq artisti Əbdül Mahmudov Həsən Məmmədovun Azərbaycan kino sənətinə bəxş etdiyi müxtəlif xarakterli obrazlar haqqında danışmışdır. Əməkdar incəsənət xadimləri – kinoşünas, rejissor Ayaz Salayev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq artistləri Rafiq Əzimov, Ənvər Həsənov, Ramiz Məlikov, tanınmış şair Oqtay Rza çıxış edərək Həsən Məmmədovun sevə-sevə yaratdığı obrazlar haqqında söz açmış, sənətkarla bağlı xatirələrini bölüşmüşlər.
 Sonda aktyorun ailəsi adından çıxış edən oğlu Əvəz Məmmədov yubileyin keçirilməsinə, Həsən Məmmədovun əziz xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.


 

Keçidlər