Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda 9 noyabr "Dövlət Bayrağı Günü" münasibətilə tədbir keçirilmişdir

08 noyabr 2018 | 16:00

Salyan rayonunda 9 noyabr "Dövlət Bayrağı Günü"
münasibətilə tədbir keçirilmişdir

08 noyabr 2018-ci il tarixində Salyan şəhər 2 saylı tam orta məktəbin akt zalında9 noyabr"Dövlət Bayrağı Günü"münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin işçiləri, rayon ictimaiyyətinin  nümayəndələri iştirak etmişdir.
    Tədbir Azərbaycanın Dövlət Bayrağına həsr olunmuş video-çarxla başlamışdır. Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbir iştirakçılarını tarixi gün münasibətilə təbrik etmiş, Azərbaycanın dövlət bayrağının keçdiyi tarixi və şanlı yolundan, ölkəmizin müstəqillik uğrunda  tarix boyu apardığı mübarizədən, millətimizin tarixi gələcəyi, tərrəqisi yolunda cənab Prezidentimiz İlham Əliyevin əvəzsiz xidmətlərindən söz açmışdır.Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri bayrağımıza, dövlətimizə həsr olunan ədəbi-bədii kompozisiya ilə tədbir iştirakçıları qarşısında çıxış etmiş və “N” saylı hərbi hissənin əsgərlərinin müşaiətilə dövlətimizin suverenlik rəmzi olan Azərbaycanın üç rəngli bayrağı səhnəyə gətirimişdir.
    Tədbir rayonun tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam etmişdir.

 

  

Keçidlər