Şriftin ölçüsü :

Saytın rəngi :

"1 noyabr – Azərbaycan Respublikası Kənd Təsərrüfatı İşçiləri günü" münasibətiilə tədbir keçirilmişdir

01 noyabr 2018 | 16:00

Salyanda "1 noyabr – Azərbaycan Respublikası Kənd Təsərrüfatı
İşçiləri günü" münasibətiilə tədbir keçirilmişdir

     1 Noyabr 2018-ci il tarixində  Salyan rayon İcra hakimiyyətində “1 Noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
      Tədbir rayon İcra hakimiyyətində konfrans zalında davam etdirilmişdir. Yığıncaqda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik etmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən kəndt əsərrüfatı sahəsində çalışanlara diqqətin və dövlət qayğısının məhz bu gün də dövlət başçımız İlham  Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdıran natiq  Azərbaycan Respublikasında “Kənd təsərrüfatı işçiləri günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2008-ci il tarixli sərəncamının xüsusi əhəmiyyətə malik olduğunu bildirmişdir. Tədbirdə çıxış edənlər son illər kənd təsərrüfatı sahəsində görülmüş işlərə və qazanılmış uğurlara görə ölkəmizin Prezidenti cənab İlham Əliyevə  öz dərin minnətdarlıqlarını bildirmişlər.
          Tədbirin sonunda aqrar sahədə uzun illər səmərəli fəaliyyətlərinə görə rayonun bir qrup qabaqcıl kənd təsərrüfatı işçisi rayon İcra hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər