Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşları qəbul etmişdir

14 sentyabr 2018 | 16:00

Kənd təsərrüfatı naziri Salyanda vətəndaşları qəbul etmişdir

  14 sentyabr 2018-ci il tarixində Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Kənd təsərrüfatı naziri İnam Kərimov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Salyan, Neftçala, Hacıqabul və Sabirabad rayon sakinlərinin iştirakı ilə qəbul keçirmişdir. Nazir İnam Kərimov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
       Nazir İnam Kərimov Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olmuşdur. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 41 nəfərdən çox vətəndaşın müraciətinə baxılmışdır. Qəbula gələn vətəndaşların müraciəti əsasən fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə və digər məsələlərlə bağlı olmuşdur. İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə dinləmiş, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar vermişdir. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülmüşdür.
    Nazir vətəndaşlarla görüş zamanı dövlətimizin başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı son dövrlərdə imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulamışdır. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər