Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün anım günü ilə əlaqədar tədbir keçirilmişdir.

22 iyun 2018 | 16:00

Salyan rayonunda Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün anım günü ilə əlaqədar tədbir keçirilmişdir.

22 İyun 2018-cı il tarixində  Azərbaycanın xalq şairi Xəlil Rza Ulutürkün anım günü ilə əlaqədar Salyan şəhərində yerləşən “Ata-oğul” xatirə kompleksinin qarşısında tədbir keçirilmişdir.
Tədbirdə Salyan rayonu İcra hakimiyyətinin başçısı S.Hətəmov, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak etmiş, abidə önünə gül-çiçək dəstələri qoymuşlar.
     Tədbirdə çıxış edən natiqlər X.Rzanın həyat yolundan, Azərbaycanın müstəqilliyi uğrunda fəaliyyətindən, poeziyasından, gələcək nəsillərə örnək ola biləcək vətənpərvərliyindən danışmış və yaddaşlara həkk edilmiş  şeirlərini səsləndirmişlər.

 

Keçidlər