Şriftin ölçüsü :

Saytın rəngi :

“15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir.

12 iyun 2018 | 16:00


Salyanda “15 iyun–Milli Qurtuluş günü” münasibətilə
tədbir keçirilmişdir.

İyunun 12-də Salyan rayon Heydər Əliyev Mərkəzində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarınınr əhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.
     Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbir Ulu Öndər Heydər Əliyevin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən video-çarxa baxmaqla başlanılmışıdr.  Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulamışdır. Digər çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmişdir.
    Tədbir rayonun tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam etmişdir.

 

Keçidlər