Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda «Su təsərrüfatı və Meliorasiya işçiləri günü» münasibətilə tədbir keçirilmişdir.

05 iyun 2018 | 16:00

Salyan rayonunda «Su təsərrüfatı və Meliorasiya işçiləri günü» münasibətilə tədbir keçirilmişdir.

  İyun ayının 5-də Salyan rayon İcra hakimiyyətində «Su təsərrüfatı və Meliorasiya işçiləri günü» münasibətilə tədbir keçirilmişdir.
        Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonda fəaliyyət göstərən su təsərrüfatı və meliorasiya təşkilatlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir. Tədbir iştirakçıları Ümummilli liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.   Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı münasibəti ilə təbrik edərək onlara işlərində uğurlar arzulamış, ölkəmizdə digər sahələrdə olduğu kimi, su təsərrüfatı sektorunda da qazanılan uğurlardan, bu sahənin daha da inkişaf etdirilməsinə dövlət rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır.
       Tədbirdə bir qrup su təsərrüfatı və meliorasiya işçisinə rayon İcra hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri təqdim edilmişdir. 

Keçidlər