Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

09 may 2018 | 16:00

9 May 2018-ci Il tarixində Salyan rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü
münasibətilə tədbir keçirilmişdir.

 9 May 2018-ci il tarixində Salyan rayonunda 1941-1945-ci illər Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
     Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri,  idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “1941-1945-ci illər” və Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Dadaşovun abidələrini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Böyük Vətən Müharibəsində iştirak etmiş bir qrup müharibə veteranı ilə görüşmüş, Qələbə bayramı münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
     Çıxış edən müharibə veteranları onlara göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirimişlər.

Keçidlər