Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda Çernobıl qəzasının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

26 aprel 2018 | 16:00

Salyan rayonunda Çernobıl qəzasının 32-ci ildönümü ilə əlaqədar
tədbir keçirilmişdir

      26 aprel 2018-ci il tarixində Salyan rayon İcra hakimiyyətinin konfrans zalında Çernobıl qəzasının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
    Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlanılmışdır.Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab sevindik Hətəmov çıxış etmiş, Çernobıl faciəsinin törətdiyi  fəsadlar barədə, qəza nəticəsində zərər çəkmiş vətəndaşlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan söz açmışdır. Çernobıl iştirakçıları çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.

 

 

 

Keçidlər