Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir

07 mart 2018 | 16:00

Salyan rayonunda “8 Mart – Beynəlxalq Qadınlar Günü”
münasibətilə təntənəli bayram tədbiri keçirilmişdir


       7 mart 2018-ci il tarixində rayonun “Kür” şadlıq evində “8 Mart - Beynəlxalq Qadınlar günü” münasibətilə bayram tədbiri keçirilmişdir.Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan, ictimai-siyasi həyatda fəal iştirak edən qadınlar, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbirdə çıxış edərək qadınları bayram münasibətilə təbrik etmiş, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətdə tutduqları yüksək mövqedən söz açmış, Azərbaycan qadınlarının hər zaman müsbət dəyərləri, yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçildiyini vurğulamışdır. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkənin ictimai həyatında səmərəli fəaliyyətinə görə və “8 Mart – Beynəlxalq Qadınlar günü” münasibətilə “Tərəqqi” medalı ilə təltif olunmuş Mərkəzi Rayon Xəstəxanasının həkimi Ağabəyova Nərmin Hakim qızını təbrik etmiş, medalı ona təqdim etmişdir.
     Tədbirdə iştirak edən bütün qadınlara, o cümlədən şəhid analarına, Qarabağ veteranlarının ailələrinə rayon İcra hakimiyyəti başçısı tərəfindən  qiymətli bayram hədiyyələri təqdim edilmişdir.
       Bayram tədbiri rayon incəsənət ustalarının iştirakı ilə müşayiət olunmuşdur.

Keçidlər