Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Salyan rayonunda vətəndaşları qəbul etmişdir

22 fevral 2018 | 16:00

Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Salyan rayonunda vətəndaşları qəbul etmişdir

     22 fevral 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırovun mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq  Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayon sakinlərinin iştirakı ilə qəbulu keçirilmişdir.
     Nazir Hüseyn Bağırov və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, bioresurslar, hidrometeorologiya və s. məsələlərlə bağlı 34 vətəndaşın müraciətinə baxılmışdır. Qəbulda vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilərək onların aradan qaldırılıması, hərtərəfli öyrənilməsi və araşdırılaraq qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.
     Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapmış, bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülmüş, nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Keçidlər